Açar söz: müəllim
Nəticə tapılıb: 480
16.04.2021

Rayonun bir sıra ümumi təhsil müəssisələrində tədrisin mövcud vəziyyətinin monitorinqi aparılıb

14.04.2021-ci il və 15.04.2021-ci il tarixlərində Astara Rayon Təhsil Şöbəsinin əməkdaşı Baloğlan Əliyev tərəfindən rayonun bir sıra ümumi təhsil müəssisələrində tədrisin mövcud vəziyyətinin monitorinqi aparılıb.

Ətraflı
15.04.2021

Şəhid Bağırzad Sadiq Şahin oğlunun məzarı və ailəsi doğum günü münasibəti ilə ziyarət olunub

15.04.2021-ci il tarixdə Ərçivan qəsəbəsində II Qarabağ müharibəsi zamanı şəhid olmuş Bağırzadə Sadiq Şahin oğlunun məzarı və ailəsi doğum günü münasibəti ilə ziyarət olunub. 

Ətraflı
15.04.2021

"Biz zəfər qazandıq!" adlı müsabiqə-sərgi keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirinin 17.03.2021-ci il tarixli, F-97 nömrəli və Astara Rayon Təhsil Şöbəsinin 30.03.2021-ci il tarixli, F-18 nömrəli əmrləri rəhbər tutaraq Şağlazüzə kənd tam orta məktəbi və Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəb - liseyi 14.04.2021-ci il tarixdə "Biz zəfər qazandıq!" adlı müsabiqə-sərgi keçirilib.

Ətraflı
15.04.2021

Şəhid Rövşən Ramazanovun məzarı və ailəsi doğum günü münasibəti ilə ziyarət olunub

14.04.2021-ci il tarixdə Burzubənd kəndində II Qarabağ müharibəsi zamanı şəhid olmuş Ramazanov Rövşən Qardaşxan oğlunun məzarı və ailəsi doğum günü münasibəti ilə ziyarət olunub. 

Ətraflı
13.04.2021

"Biz Zəfər qazandıq" mövzusunda rəsm müsabiqəsi keçirilib

13.04.2021-ci il tarixdə Astara rayon Polad Həsənov adına Çayoba kənd tam orta məktəbində II Qarabağ döyüşlərinə həsr olunmuş"Biz Zəfər qazandıq" mövzusunda rəsm müsabiqəsi keçirilib. 

Ətraflı
13.04.2021

"Aprel döyüşləri"nə həsr olunmuş onlayn tədbir keçirilib

5 aprel 2021- ci il tarixdə Astara rayon N.Əliyev adına Maşxan kənd tam orta məktəbdə "Aprel döyüşləri"nə həsr olunmuş onlayn tədbir keçirilib.

Ətraflı
13.04.2021

"Stress, həyəcan və panik atak" mövzusunda maarifləndirici tədbir keçirilib.

12.04.21-ci il tarixdə Astara şəhər 5 saylı tam orta məktəbdə psixoloq Münəvvər Qənbərova tərəfindən VII b və VIII b sinif şagirdləri ilə "Stress, həyəcan və panik atak" mövzusunda maarifləndirici tədbir keçirilib.

Ətraflı
13.04.2021

"Gender bərabərliyi və iqtisadi inkişaf" mövzusunda tədbir keçirilib. 

10.04.2021-ci il tarixdə Astara rayon D.Əsədov adına Şahağac kənd 2 saylı tam orta məktəbdə qadın hüquqlarının qorunması məqsədilə "Gender bərabərliyi və iqtisadi inkişaf" mövzusunda tədbir keçirilib. 

Ətraflı
09.04.2021

"Yubiley döş nişanı" təqdim olunub

07.04.2021-ci il tarixdə M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin direktoru,Astara rayon AHİK Rəyasət Heyətinin üzvü Xədicə Əliyeva Azərbaycan Təhsil İşçiləri Azad Həmkatlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyyətinin 01 mart 2021-ci il tarixli 28 saylı qərarına əsasən Həmkarlar İttifaqı hərəkatında xidmətlərinə görə "Yubiley döş nişanı" ilə təltif edilib. 

Ətraflı
09.04.2021

“Qarabağ Azərbaycandır!”başlığı altında stend təşkil olunub

03.04.2021-ci il tarixdə Astara şəhər Z. Bünyadov adına 2 saylı tam orta məktəbdə 44 günlük Vətən Müharibəsinin iştirakçıları və şəhidləri fotolarından təşkil olunmuş “Qarabağ Azərbaycandır!”başlığı altında stend təşkil olunub. 

Ətraflı
08.04.2021

Şəhid məzarı doğum günü münasibəti ilə ziyarət olunub

08.04.2021-ci il tarixdə Ərçivan qəsəbə sakini II Qarabağ müharibəsi zamanı şəhid olmuş Əliyev Ruslan Aslan oğlunun məzarı doğum günü münasibəti ilə ziyarət olunub.

Ətraflı
08.04.2021

''Bərk cisimlərin və məişət tullantılarının idarə olunması'' mövzusunda tədbir keçirilib

07.04.2021-ci il tarixdə Ərçivan qəsəbə 4 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına əsasən ''Bərk cisimlərin və məişət tullantılarının idarə olunması'' mövzusunda tədbir keçirilib.

Ətraflı
08.04.2021

"Biz zəfər çaldıq" mövzusunda rəsm sərgisi təşkil olunub

08.04.21-ci il tarixdə Astara şəhər 5 saylı tam orta məktəbdə şagirdlərin əl işlərindən ibarət "Biz zəfər çaldıq" mövzusunda rəsm sərgisi təşkil olunub.

Ətraflı
06.04.2021

"Gender bərabərliyi" mövzusunda seminar keçirilib

06.04.2021-ci il tarixdə Y.Ağayev adına Artupa kənd tam orta məktəbdə "Gender bərabərliyi" mövzusunda seminar keçirilib.

Ətraflı
06.04.2021

 Astara RTŞ nin müdiri Rəşad Həsənov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı ilə təltif edilib

06.04.2021-ci il tarixdə Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) 100 illik yubiley döş nişanı ilə təltif edilib.

Ətraflı