Açar söz: müsabiqə
Nəticə tapılıb: 73
08.10.2021

"Zəfər you" inşa müsabiqəsinin  məktəblər arası rayon turu keçirilib

         Təhsil Nazirinin müvafiq əmrinə uyğun olaraq Azərbaycan Ordusunun tarixi qələbəsi  barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə   07 oktyabr 2021-ci il tarixdə  Vətən sevgisinin təntənəsinə çevrilən ,"Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə qızıl hərflərlə həkk edilən 44 günlük Vətən savaşına həsr edilmiş "Zəfər yolu"adlı inşa müsabiqəsinin rayon mərhələsi keçirilib.

Ətraflı
06.09.2021

 XI sinifin bütün məzunları ali məktəbə daxil olub       

Astara şəhər 1 nömrəli tam orta məktəb üzrə 2020-2021 - ci tədris ilində XIa Humanitar - riyaziyyat , iqtisadiyyat təmamayül sinfini bitirən 17 məzunun hər biri ali məktəbə daxil olmuşdur.

Ətraflı
17.08.2021

Astara şəhər 1 nömrəli tam orta məktəbin daha bir uğuru

        M.Ə.Sabir adına Astara şəhər 1 nömrəli tam orta məktəbin X a sinif şagirdi Paşayeva Şəms Cəsarət qızı Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasrna və Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümünə həsr olunmuş "Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən yaradıcılıq müsabiqəsində inşa yazı nominasiyası üzrə 1- ci yeri tutmuşdur.

Ətraflı
08.06.2021

 Şagirdimiz Respublika fənn olimpiadasının qalibi olub

          Astara rayon Z.Ə.Əhmədzadə adına Pensər kənd 2 saylı tam orta məktəb-liseyin X sinif şagirdi Hüseynov Salman Zaman oğlu Respublika fənn olimpiadasının qalibi olmuş, Kimya fənni üzrə Qızıl medala  layiq görülmüşdür.

Ətraflı
04.06.2021

Şagirdlərimiz "Qarabağ uşaqların gözü ilə" online videoçarx müsabiqəsinin qalibləri olmuşdur

Astara rayon Pensər kənd 1 nömrəli tam orta məktəbin VIlI sinif şagirdi Cəfərzadə Səbinə Rizaməli qızı və Şağlazüzə kənd tam orta məktəbin IX sinif şagirdi Arif Kərimli "Qarabağ uşaqların gözü ilə" online videoçarx müsabiqəsinin qalibləri olmuşdur.

Ətraflı
03.06.2021

Məktəblərarası VI Respublika fənn müsabiqəsinin final mərhələsi keçirilib

25.04.2021-ci il tarixdə Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbin VII sinif şagirdi Ağayev Əliəkbər Xanağa oğlu Məktəblərarası VI Respublika fənn müsabiqəsinin final mərhələsində biologiya fənni üzrə uğurlu nəticə göstərərək I yeri qazanmış və qızıl medala layiq görülmüşdür.

Ətraflı
27.05.2021

"Biz zəfər qazandıq!" onlayn rəsm müsabiqəsi keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq keçirilən "Biz zəfər qazandıq!" onlayn rəsm müsabiqəsində Astara Şəhər 6 nömrəli tam orta məktəbin XI sinif şagirdi Babazadə Fatimə Elçin qızı Respublika üzrə 3-cü yeri qazanmışdır.

Ətraflı
27.05.2021

"Qarabağ şəhidləri və Qarabağ zəfəri" şeir müsabiqəsi keçirilib

Bakı Türk Anadolu Liseyinin təşkilatçılığı ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi, TİKA və Türkiyə səfirliyinin dəstəyi ilə keçirilən "Qarabağ şəhidləri və Qarabağ zəfəri" şeir müsabiqəsində  Astara Rayon Şağlazüzə kənd tam orta məktəbin şagirdi Fətəliyeva Səhər Emin qızı finala çıxaraq ilk əlliliyə yüksəlib qalib olmuşdur.

Ətraflı
16.05.2021

Astara məktəbliləri növbəti uğura imza atıb

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı onlayn respublika mahnı müsabiqəsinə yekun vurulub.

Ətraflı
03.05.2021

Aysu Mustafazadə pianoçuların IV Beynəlxalq onlayn Moskva müsabiqəsinin birinci turun qalibi olub

2020-ci ilin may ayında keçirilmiş Vladimir Kraynev adına pianoçuların IV Beynəlxalq onlayn Moskva müsabiqəsinin birinci turunda Astara Şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Aysu Mustafazadə İ.S.Bax, F.Şopen və M.Qlinkanın əsərlərindən ibarət 15 dəqiqəlik təqdimatla I turun qalibi olub.

Ətraflı
26.04.2021

Astara rayonunda Fənn müsabiqələrinin I mərhələsi keçirilir

Astara rayonunda Fənn müsabiqələrinin I mərhələsi keçirilir.

Ətraflı
13.04.2021

"Biz Zəfər qazandıq" mövzusunda rəsm müsabiqəsi keçirilib

13.04.2021-ci il tarixdə Astara rayon Polad Həsənov adına Çayoba kənd tam orta məktəbində II Qarabağ döyüşlərinə həsr olunmuş"Biz Zəfər qazandıq" mövzusunda rəsm müsabiqəsi keçirilib. 

Ətraflı
02.04.2021

"Ən yaxşı təqdimat " müsabiqəsinin rayon turu keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Ən yaxşı təqdimat " müsabiqəsinin rayon turu iki mərhələdə keçirilib.

Ətraflı
19.03.2021

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş onlayn respublıka yaradıcılıq müsabiqəsinə yekun vurulub

18.03.2021-ci il tarixdə Təhsil Nazirliyinin dəstəyi və Astara Rayon 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn respublika baxış-müsabiqəsinə yekun vurulub. 

Ətraflı
19.03.2021

"Nə? Harada? Nə zaman?" oyunun qalibləri Təhsil Nazirliyi tərəfindən təltif olunub

6-9-cu sinif məktəbliləri arasında "Nə? Harada? Nə zaman?" oyunu üzrə I onlayn Respublika Kubokunda Lənkəran zonası komandaları arasında ən yaxşı nəticə göstərən  "Xarı bülbül" komandası Azərbaycan Respublikasının təhsil naziri cənab Emin Əmrullayev tərəfindən təltif olunub. 

Ətraflı