26.11.2021

"Tarixi irsimiz xalçalar" mövzusunda silsilə tədbirlər keçirilib

        25 noyabr 2021-ci i tarixdə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” uyğun olaraq Astara şəhər C.Babayev adına 3 saylı tam orta məktəbin müəllimi Hüseynova Gülsara və psixoloq Musayeva Könülün rəhbərliyi ilə "Tarixi irsimiz xalçalar" mövzusunda silsilə tədbirlər keçirilmişdir.

        Şagirdlərimiz Astara tarix və diyarşunaslıq muzeyində ekskursiyada olmuş,xalça sənətinin incəlikləri ilə tanış olmuşdurlar.Daha sonra Kakalos Folklor evindən gətirilmiş tarixi xalçalar məktəbdə şagirdlərimizə nümayiş etdirilmiş,toxunma sənətinin sirləri haqqında şagirdlərə məlumat verilmişdir.


Açar sözlər: ,  ,  ,