23.11.2021

V Qrant müsabiqəsinin qalibləri mükafatlandırılıb

        Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsində qalib olmuş layihələrdən biri də İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyin "Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar" konfransının keçirilməsi layihəsidir.

        Layihədə iştirak etmək üçün 446 şagird onlayn qeydiyyatdan keşmişdi. Onlarla təlimçi və ekspertlərin bir neçə dəfə görüşü keçirilib.

        200 nəfərədək şagird hazırladıqları məqalələrini göndərərək və bu məqalələr ekspertlər tərəfindən qiymətləndirilib, 40 nəfər şagird yekun tura buaraxılıb, onlayn təqdimatlar keçirilib və 4 meyar üzrə yekun qiymətləndirmə aparılıb.

        Qalib olmuş şagirdlərin siyahısı aşağıda sıra ilə verilmişdir.

1) Heydərova Nərmin Fərail - Pensər kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi I yerə layiq görülüb

2) Hüseynzadə Ruhanə Dadaş - Astara şəhər 5 saylı tam orta məktəbin X sinif şagirdi I yerə layiq görülüb

3) Məmmədli Lalə Rövşən - Astara şəhər 5 saylı tam orta məktəbin X sinif şagirdi II yerə layiq görülüb

4) Əliyeva Fatimə Famil - Ərçivan qəsəbə 4 saylı tam orta məktəbin X sinif şagirdi III yerə layiq görülüb

        

        Layihəmizdə qalib olmuş şagirdləri və onların müəllimlərini təbrik edirik!