23.11.2021

"Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılıb

        Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun və Qarabağ Dirçəliş Fondunun tərəfdaşlığı ilə ümumi təhsil müəssisələrinin VIII- XI sinif şagirdləri arasında keçirilmiş “Zəfər yolu” inşa müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

        Qaliblər sırasında Astara rayon Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin XI sinif şagirdi Əzizova Kəmalə Azad qızı da vardır. Qeyd edək ki, Əzizova Kəmalə 44 günlük II Qarabağ müharibəsinə və Zəfər tariximizə həsr olunmuş "Zəfər yolu" Ümumrespublika inşa müsabiqəsində III yerə layiq görülmüşdür.

        Astara Rayon Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi bu münasibətlə şagirdimizi təbrik edir və gələcək həyatinda ugurlar arzulayır.