17.11.2021

Vaksinasiya prosesi ilə bağlı maarifləndirici seminar keçirilib

        17 noyabr 2021-ci il tarixdə Astara Rayon Təhsil Şöbəsi əməkdaşlarının və Astara şəhər 2 saylı tam orta məktəbin kollektivinin iştirakı ilə vaksinasiya prosesi ilə bağlı maarifləndirici seminar keçirilib.

        Görüşdə vaksinasiyada iştirakın vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisi olduğu, pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi, ilk növbədə şəxsi səhhətləri, daha sonra işlədiyi kollektiv və ailələrini qorumaq naminə hər kəsin peyvənd olunmasının məqsədəuyğunluğu iştirakçıların nəzərinə çatdırılıb.


Açar sözlər: ,  ,  ,