08.10.2021

"Zəfər you" inşa müsabiqəsinin  məktəblər arası rayon turu keçirilib

        Təhsil Nazirinin müvafiq əmrinə uyğun olaraq Azərbaycan Ordusunun tarixi qələbəsi  barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədilə   07 oktyabr 2021-ci il tarixdə  Vətən sevgisinin təntənəsinə çevrilən ,"Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə qızıl hərflərlə həkk edilən 44 günlük Vətən savaşına həsr edilmiş "Zəfər yolu"adlı inşa müsabiqəsinin rayon mərhələsi keçirilib.

         Müvafiq komissiya qrupunun iştirakı ilə təşkil edilən müsabiqədə  ümumtəhsil müəssisələrinin VIII-XI sinif şagirdləri iştirak edib. "Zəfər yolu" başlığı altında keçirilən müsabiqədə rayon turu üzrə qalib olmuş  şagirdin inşa yazısı ölkə turunda iştirak hüququ qazanmışdır.


Açar sözlər: ,  ,  ,  ,