06.10.2021

Astarada məşhur idmançılarla məktəblilərin görüşü

        06 oktyabr 2021-ci il tarixdə Astara rayon N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbində “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Sərbəst güləş üzrə məşhur astaralı idmançılar-Cəbrayıl Həsənov, Musa Ağayev və Əliabbas Rzazadə ilə məktəblilərin görüşü keçirilmişdir. Təhsil Nazirliyinin , Gənclər və İdman Nazirliyinin, , ”Azərbaycan İdman Könüllüləri“ İctimai Birliyinin  birgə təsdiq etdikləri  əsasnaməyə uyğun “Çempionumuz” sosial idman layihəsini  Astara rayonu üzrə yüksək səviyyədə  həyata keçirilməsindən ötrü Astara RİH, Astara rayon Təhsil Şöbəsi Astara rayon Gənclər və İdman İdarəsi, tərəfindən rayon əsasnaməsi və Təşkilat Komitəsi təsdiq edilmişdir.

        Tədbirin açılış mərasimində Astara rayon N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbinin direktoru Təbrizə Rəsulova açıq elan etmiş və tədbirin təşkilatçılarına və idmançılara təşəkkürünü bildirmişdir.Sonra Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov , Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Rufan Şirinov çıxış etmiş tədbirin əhəmiyyətini qeyd etmiş və Azərbaycan idmanına vedikləri töhfəyə və gənc nəslə nümunə olduqlarına görə idmançılara təşəkkürlərini bildirmiş və onlara yeni nailiyyətlər arzulamışlar.

       Sonra Astara RGİİ-nin rəis müavini İqrar Cəfərov tərəfindən idmançıların həyatı və qazandıqları uğurlar barədə qısa Təqdimatlar oxunmuş və Cəbrayıl Həsənovun erməni rəqibinə böyük hesabla qələbəsini əks etdirən videoçarx nümayiş olunmuşdur.

Təqdimatda qeyd olundu ki, Azərbaycan idmanının məşhur simalarından olan, hazırda məşqçi fəaliyyətin davam etdirən Cəbrayıl Həsənov XXXI Yay Olimpiadasının bürünc mükafatçısı(2016, Rio-de-Jeneyro,Braziliya), Dünya çempionatının 2 qat gümüş, 3 qat bürünc mükafatçısı, Gənclər arasında Dünya çempionu,  Avropa çempionatını 3 qat qızıl, 3 qat gümüş,4 qat bürünc mükafatçısıdır.Astara rayonun Suparıbağ kəndində  24 fevral 1990-cı il tarixdə anadan olmuşdur.1997-ci ildə Suparıbağ kənd tam orta  məktəbində 1-ci sinfinəqəbul  olunub. Uşaq yaşlarından idmanın sərbəst güləş növünə maraq göstərib. 2001-ci ildə Bakı şəhərindəki "Respublika Olimpiya İdman  Liseyinin" 5-ci sinfinə qəbul olub. Burada beynəlxalq idman ustası, əməkdar məşqçi Aslan Ağayevin rəhbərliyi altında sərbəst güləşlə məşğul olmağa başlayıb və eyni zamanda təhsilini davam etdirib. 2007-ciildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman  Akademiyasına daxil olub. 2010-ci ildə həmin akademiyanı sərbəst güləş ixtisası üzrə bitirib. Görüşdə iştirak edən digər astaralı idmançı Musa Ağayev Cəbrayıl Həsənovun yetirməsidir.O Sərbəst güləş üzrə Avropa birinciliyinin bürünc medalçısı, Çimərlik güləçi üzrəAvropa çempionu və Dünya çempionatının gümüş medalçısıdır.Astara rayonun Ərçivan qəsəbəsində  anadan olmuşdur.Ərçivan qəsəbə 3 saylı tam orta məktəbini 2021-ci ildə başa vurmuş və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşdur. Musa Ağayev 2019-cu ildən  “Azərbaycan Respublikasının  İdman ustası”  dərəcəsinə layiq görülmüşdür.Tədbirin iştirakçısı olan Sərbəst güləş üzrə daha bir idmançı Əliabbas Rzazadədir.O,Astara rayonun Rüdəkənar kəndində 21.05.1998-ci ildə anadan olmuşdur.Sərbəst güləş üzrə 2016-2021-ci illər ərzində iki dəfə bürünc və gümüş medal qazanmışdır.

         Təqdimatlardan sonraAstara rayon N.Həsənov adına Kijəbə qəsəbə tam orta məktəbin ədəbiyyat müəllimi Azər Kişiyev, Vətən müharibəsi veteranı, “İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin sədr müavini Abbas İbrahimli çıxış etmişlər.

         Sonra məktəblilər idmançılara suallarla müraciət etmişlər.Məşhur idmançı Cəbrayıl Həsənov məktəblilərin suallarını cavablandırmış və uğurlara gedən çətin yollardan məlumat vermişdir.

          Yekunda  məktəbdə  təşkil olunmuş guşədə idmançılarla məktəblilər və pedoqoji heyətin xatirə şəkilləri və imzaları çəkilmişdir.


Açar sözlər: ,  ,  ,  ,