15.09.2021

Yeni tədris ilin ilk iclası keçirilib

         15.09.2021-ci il tarixdə Astara Rayon Təhsil Şöbəsi, məktəb direktorları və direktor müavinlərinin iştirakı ilə yeni tədris ilin başlabması ilə bağlı onlayn iclas keçirilib.  

        İclas zamanı Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, məsləhətçi Vüsal Rzayev, məsləhətçi Elçin Mirzəzadə və məsləhətçi Elgün Şabanov iclas iştirakçılarına müvafiq tövsiyə və tapşırıqlarını vermişdirlər.

        İclasın əvvəlində Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov məlumat verdi ki, 2021-2022-ci tədris ilində dərslər ənənəvi formada aparılacaqdır. Sentyabr ayının 22-dən I-IV siniflərin, 29-dan isə V-XI siniflərin dərsə başlanması barədə qərar verilmişdir. Bütün məktəblər yeni dərs ilinə pandemiya qaydalarına uyğun hazırlanmalı və qoruyucu vasitələrlə təmin edilməlidir. İdman zalları da bu qaydalara uyğun fəaliyyət göstərəcəkdir. Sinif rəhbərləri valideynlərlə maarifləndirici söhbətlər aparmalıdır.

        Məsləhətçi Vüsal Rzayev iclas zamanı  qeyd etdi ki, təhsil müəssisələrində çalışan işçilərimizin çox böyük hissəsi peyvənd olunmuşdur.Peyvənd olunmayan işçilər oktyabrın 1-dək peyvənd olunmalıdır.

         Məsləhətçi Elçin Mirzəzadə dərs bölgüsü haqqında  bildirdi ki, yeni dərs ili üçün tədris planları təsdiq olunmuşdur. Dərs bölgüsü ədalətli və şəffaf aparılmalı, müəllimlərin diaqnostik qiymətləndirmə balı və şagirdlərinin son illərdəki təlim nəticələri əsas götürülməlidir. Məktəb şəbəkələrinin təsdiqi zamanı mövcud qaydalara tam və ciddi qaydada riayət edilməlidir.

        Məsləhətçi Elgün Şabanov məktəb həyətlərinin səliqə-səhmana salınması, əmək intizamına riayət edilməsi, ötən tədris ilinin IX sinifləri üçün buraxılış imtahanlarının nəticələrinin bir daha təhlil edilməsi haqqında tapşırıqlar verdi.

        İclasın sonunda iclas iştirakçılarının sualları cavablandırılıb..


Açar sözlər: ,  ,  ,