13.09.2021

Astara şəhər 2 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib

    Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində Respublika üzrə ən yüksək nəticəni göstərən namizədlərdən biri Astara rayon D.Əsədov adına Şahağac kənd 2 saylı tam orta məktəbin kimya müəllimi Məmmədov Nazim Akif oğlu olmuşdur.

    Məmmədov Nazim Akif oğlu 47 bal toplamaqla Respublika üzrə imtahan iştirakçıları arasında 22-ci, rayon üzrə isə 1-ci yeri qazanmışdır.

2020-ci ilin sentyabr ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən müvəffəqiyyət qazanmış Nazim Məmmədov Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq nömrəli əmrinə əsasən 13.09.2021-ci il tarixdə Astara şəhər 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilib.

    Nazim Məmmədovu direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsindən uğurla keçib vəzifəyə təyin olunduğuna görə onu təbrik edir və ona fəaliyyətində uğurlar arzu edirik.


Açar sözlər: ,  ,  ,