06.09.2021

 XI sinifin bütün məzunları ali məktəbə daxil olub       

Astara şəhər 1 nömrəli tam orta məktəb üzrə 2020-2021 - ci tədris ilində XIa Humanitar - riyaziyyat , iqtisadiyyat təmamayül sinfini bitirən 17 məzunun hər biri ali məktəbə daxil olmuşdur.

2020-2021-ci tədris ilində rayon üzrə 11 illik təhsil səviyyəsi üzrə ən yüksək bal toplayan Astara şəhər 1 nömrəli tam orta məktəbin məzunları – Dadaşova Fatimə Hüseyn qızı (635 bal) Azərbaycan Dövlət İqtisad Universitetinə (Maliyyə ixtisasına) , Məmmədli Mirnihad Mirmehdi oğlu (621 bal) Lənkəran Dövlət Universitetinə (Maliyyə ixtisasına) daxil olmuşdur.

Astara Rayon Təhsil Şöbəsi adından şagirdlərimizi, onların valideyinlərini, müəllimlərini , XIa sinif rəhbəri Gülnar Məlikzadəni və məktəbin direktoru  Xədicə Əliyevanı bu uğur münasibəti ilə təbrik edirik

 


Açar sözlər: ,  ,  ,  ,