16.07.2021

  Astara rayon ümumi təhsil müəssisələri üzrə növbəti statistik məlumatı nəzərinizə çatdırırıq

        Astara rayon ümumi təhsil müəssisələri üzrə növbəti statistik məlumatı nəzərinizə çatdırırıq!

2018/2019-cu tədris ilində IX sinfi 1212 nəfər şagird, XI sinfi isə 717 nəfər şagird bitirmişdir. Onlardan IX siniflər üzrə 6 nəfər şagird fərqlənmə attestatına layiq görülüb.

2019/2020-ci tədris ilində IX sinfi 1353 nəfər şagird, XI sinfi isə 806 nəfər şagird bitirmişdir. Onlardan IX siniflər üzrə 11 nəfər şagird, XI siniflər üzrə isə 4 nəfər şagird fərqlənmə attestatına layiq görülüb.

2020/2021-ci tədris ilində IX sinfi 1415 nəfər şagird, XI sinfi isə 793 nəfər şagird bitirmişdir. Cari tədris ilinin nəticələrinə əsasən IX siniflər üzrə 32 nəfər şagird, XI siniflər üzrə isə 14 nəfər şagird fərqlənmə attestatına layiq görülmüşdür.

        Sevindirici haldır ki, fərqlənmə attestatına layiq görülən şagirdlərimizin sayı artmaqdadır.

        Şagirdlərimizi, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edir və gələcək təhsil həyatlarında uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,  ,  ,