23.06.2021

 Təhsil Nazirliyinin “Ümumtəhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili layihəsi”  2020-ci ildən Astara şəhər 5 nömrəli tam orta məktəbində də yaradılıb

        Təhsil Nazirliyinin “Ümumtəhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili layihəsi”  2020-ci ildən Astara şəhər 5 nömrəli tam orta məktəbində də yaradılıb.

        X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır.

        Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.

        Bu məktəbdə “Dərzi köməkçisi, aşpaz köməkçisi, santexnik və dülgər köməkçisi” modulları üzrə hər biri 2 ixtisas olmaqla 24 şagird təhsil alır.

        Təhsil Nazirliyinin təşkil etdiyi “yay məktəbinə” Astara şəhər 5 nömrəli tam orta məktəbin Peşə təmayüllü siniflərində təhsil alan şagirdlər də cəlb edilib.Şagirdlər yay məktəbi günlərində öyrəndikləri nəzəri bilikləri təcrübədən keçirməklə yanaşı, müxtəlif əyləncəli, intellektual yarışlarda iştirak edirlər.

        Beləcə həm öyrənir, həm də əyləncəli vaxt keçirirlər.


Açar sözlər: ,  ,  ,