16.05.2021

Astara məktəbliləri növbəti uğura imza atıb

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı onlayn respublika mahnı müsabiqəsinə yekun vurulub.

Müsabiqədə 7-14 yaş qrupu üzrə Bəstəkar mahnıları nominasiyası üzrə Astara rayon Şiyəkəran kənd 2 nömrəli tam orta məktəbin şagirdi Əlizadə Ramenna Yaşar qızı I yeri tutaraq qalib olub.

Onlayn müsabiqədə Astara rayon Təngərüd kənd,Deqədi kənd,Şağlazüzə kənd tam orta məktəblərinin bir neçə şagirdləri də müxtəlif yaş kateqoriyası üzrə "Həvəsləndirici" yerə layiq görülüblər.

Astara Rayon Təhsil Şöbəsinin rəhbərliyi və kollektivi qalibləri təbrik edir, onlara təhsildə və yaradıcılıq fəaliyyətində ugurlar arzulayır.


Açar sözlər: ,  ,  ,