07.05.2021

Ümumi təhsil müəssisələrində tədrisin mövcud vəziyyətinin monitorinqi aparılıb

05.05.2021-ci il və 06.05.2021-ci il tarixlərdə Astara Rayon Təhsil Şöbəsinin əməkdaşı Baloğlan Əliyev tərəfindən rayonun bir sıra ümumi təhsil müəssisələrində tədrisin mövcud vəziyyətinin monitorinqi aparılıb.

Xüsusi karantin rejmi dövründə Astara şəhər 1 nömrəli, Ərçivan qəsəbə 1 nömrəli, Ərçivan qəsəbə 2 nömrəli və Ərçivan qəsəbə 4 nömrəli tam orta məktəblərində evdə təhsil, xüsusi təhsil və ümumi təhsil siniflərində tədrisin təşkili vəziyyəti öyrənilib.


Açar sözlər: ,  ,  ,  ,