06.05.2021

"Azərbaycan xalçaçılığı keçmişdən gələcəyə” mövzusunda onlayn tədbir keçirilib

05 may 2021-ci il tarixində Astara rayon Heydər Əliyev Mərkəzinin, Astara rayon Tarix-diyarşünaslıq muzeyinin və Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 5 may “Xalçaçı günü” peşə bayramı günü münasibətilə “Azərbaycan xalçaçılığı keçmişdən gələcəyə” mövzusunda ZOOM proqramı vasitəsi ilə onlayn tədbir keçirilib.

Onlayn tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kubra Səmədova, fondun baş mühafizi Elza Kazımova, əməkdaşı Aygün Rufullayeva, Astara rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova və Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbinin direktoru Xədicə Əliyeva, tarix müəllimi Əsmər Əliyeva və şagirdləri iştirak etmişdir.

Onlayn tədbiri Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıq elan edərək bildirmişdir ki, Maddi və mənəvi sərvətimiz olan xalçaçılıq sənəti Tunc dövründən başlayaraq bu günümüzə gəlib çatıb. Bu gün Azərbaycan xalçalarının sorağı dünyanın müxtəlif muzeylərindən gəlir.

2004-cü ildə “Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanun qəbul olunub, həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilib. Dövlət başçısının 5 may 2016-cı ildə imzaladığı sərəncama əsasən, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Artıq beşinci ildir ki, həmin tarix “Xalçaçı günü” kimi qeyd edilir.

Azərbaycan xalçaçılığının beynəlxalq miqyasda təbliğində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mühüm xidmətləri var. Mehriban xanımın təşəbbüsü ilə 2010-cu ilin noyabr ayında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Yaxın zamanda Xalça Muzeyinin Şuşa filialı yenidən bərpa ediləcək və Qarabağ xalçaları doğma yurdunda sərgilənəcək.

Daha sonra mövzu ətrafında Astara rayon Heydər Əliyev Mərkəzinin Elza Kazımova. Astara rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Gülzar İsmayılova və Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbinin direktoru Xədicə Əliyeva və tarix müəllimi Əsmər Əliyeva cıxış edərək qeyd etmişdilər ki, Xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin hamisi, Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi Ümummilli Liderimizin bizə bəxş etdiyi müstəqilliyimizin bəhrəsidir. Əgər müstəqil Azərbaycan olmasa idi, nə milli sənət növümüz olan xalçaçılıq belə geniş yayılardı, nə də Xalçaçı Günü qeyd olunardı. Ümummilli Liderimizin yolunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir.

Sonda Mərkəzin ekspozisiyasında təşkil olunmuş virtual sərgi nümayiş olunmuşdur.


Açar sözlər: ,  ,