03.05.2021

Aysu Mustafazadə pianoçuların IV Beynəlxalq onlayn Moskva müsabiqəsinin birinci turun qalibi olub

2020-ci ilin may ayında keçirilmiş Vladimir Kraynev adına pianoçuların IV Beynəlxalq onlayn Moskva müsabiqəsinin birinci turunda Astara Şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Aysu Mustafazadə İ.S.Bax, F.Şopen və M.Qlinkanın əsərlərindən ibarət 15 dəqiqəlik təqdimatla I turun qalibi olub.

Cari ilin yanvar ayında A.Mustafazadə yenidən müsabiqənin təşkilat komitəsi tərəfindən seçim turunu keçmədən IV onlayn beynəlxalq müsabiqəsinin yarımfinal mərhələsinə dəvət alıb. Müsabiqənin şərtlərinə görə 20 dəqiqəlik proqram montajsız birdəfəlik çəkilərək münsiflər heyətinə təqdim olunmuş və 29 aprel tarixində münsiflərin qərarına əsasən müsabiqənin diplomantı adına layiq görülüb.

Biz də Aysu Mustafazadəni təbrik edir və gələcəyinə uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,