03.05.2021

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə  mövzusunda onlayn tarix dərsi keçirilib

03 may 2021-ci il tarixdə Astara rayon Heydər Əliyev Mərkəzi və Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə “Müstəqil Azərbaycan yaşadıqca, Ulu Öndər Heydər Əliyev ürəklərdə yaşayacaqdır” mövzusunda ZOOM proqramı vasitəsi ilə onlayn tarix dərsi keçirilib. Onlayn tarix dərsində Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kubra Səmədova, fondun baş mühafizi Elza Kazımova, əməkdaşı Aygün Rufullayeva, Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbinin direktoru Xədicə Əliyeva, müəllimləri Əsmər Əliyeva və Gülayə Babazadə və Xc sinif şagirdləri iştirak edib.Onlayn tarix dərsini Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açıq elan etmiş, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilimiş, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mövzu ətrafında Astara şəhər Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbinin direktoru Xədicə Əliyeva, müəllimləri Əsmər Əliyeva və Gülayə Babazadə və Xc sinif şagirdi Məsuməxanım Məmmədzadə çıxış edib.


Açar sözlər: ,  ,  ,