15.04.2021

Şəhid Rövşən Ramazanovun məzarı və ailəsi doğum günü münasibəti ilə ziyarət olunub

14.04.2021-ci il tarixdə Burzubənd kəndində II Qarabağ müharibəsi zamanı şəhid olmuş Ramazanov Rövşən Qardaşxan oğlunun məzarı və ailəsi doğum günü münasibəti ilə ziyarət olunub. Ziyarətdə Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, Astara rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə, Milli Məclisin deputatı Rəşad Mahmudovun köməkçisi Habil Cəfərov və Ərçivan qəsəbə icra nümayəndəsi iştirak edib. Ziyarət zamanı şəhidin ruhuna dualar oxunub.Sonra şəhidin ailəsi evində ziyarət olunub.


Açar sözlər: ,  ,