01 aprel 2021 - ci il tarixdə M.Ə.Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbin rəhbərliyi X və XI sinif şagirdlərinin iştirakı ilə onlayn iclas keçirib.İclasda şagirdlərə aprel ayında keçirələcək buraxılış imtahanları haqqında ətraflı məlumat verilib.Onlayn müsabiqələr və onların şərtləri barədə tapşırıqlar verildikdən sonra şagirdlərin sualları cavablandırılıb.Məktəbin direktoru Xədicə Əliyeva şagirdlərə distant dərslərdə vaxtında iştirak edərək imtahanlara daha ciddi hazırlaşmağı tövsiyə edib.Məktəbin psixoloqu Elsurə Nəzirova iclasın sonunda şagirdlərə psixoloji tövsiyələr verib.