19.03.2021

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş onlayn respublıka yaradıcılıq müsabiqəsinə yekun vurulub

18.03.2021-ci il tarixdə Təhsil Nazirliyinin dəstəyi və Astara Rayon 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn respublika baxış-müsabiqəsinə yekun vurulub.

Müsabiqədə Mərkəzin dərnək üzvləri fəal iştirak edərək 3-cü və həvəsləndirici yerlərə layiq görülüb.Eyni zamanda Ş.Qasımov adına Astara şəhər 4 nömrəli tam orta məktəbin VIII B sinif şagirdi Cümşüdova Gülbadam Rames qızı Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş "Söz dünyasının günəşi" onlayn respublıka yaradıcılıq müsabiqəsində fəal iştirakına görə diplomla təltif olunub. Qalibləri təbrik edirik.


Açar sözlər: ,  ,  ,