19.03.2021

"Nə? Harada? Nə zaman?" oyunun qalibləri Təhsil Nazirliyi tərəfindən təltif olunub

6-9-cu sinif məktəbliləri arasında "Nə? Harada? Nə zaman?" oyunu üzrə I onlayn Respublika Kubokunda Lənkəran zonası komandaları arasında ən yaxşı nəticə göstərən Astara Rayon Şağlazüzə kənd tam orta məktəbin "Xarı bülbül" komandası Azərbaycan Respublikasının təhsil naziri cənab Emin Əmrullayev tərəfindən təltif olunub. 

Şağlazüzə kənd tam orta məktəbin qalib şagirdləri, kapitan komanda: Səhər Fətəliyeva, iştirakçılar: Akif Kərimli, Mələk Fətəlizadə, Amin Fətəliyev, Şəhla Mahmudova, Zəhra Mahmudova Təhsil Şöbsinə dəvət edilərək Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov tərəfindən Nazirliyin təltifi onlara təqdim olunub. Bu münasibətlə şagirdlərə uğurlar arzulanılıb.