27.02.2021

Təhsil şöbəsinin növbəti şura iclacı keçirilib

27 fevral 2021-ci il tarixində Astara rayon Təhsil Şöbəsinin növbəti şura iclası (onlayn) keçirilib. İclasda gündəlikdə duran məsələlər müzakirə olunub. İclasda ümumtəhsil müəssisələrin direktor və təlim-tərbiyə işləri üzrə direktor müavinləri iştirak edib. Müzakirə olunan məsələlərlə bağlı Şağlazüzə kənd tam orta məktəbin direktoru Emin Fətəliyev,  Z.Əhmədzadə adına Pensər kənd 2 saylı məktəb-liseyin direktoru Faiq Həsənov, X.Şəkərov adına Tüləgüvan kənd tam orta məktəbin direktoru Eldar Sovqatov və Deqədi kənd ümumi orta məktəbin direktoru Zikrulla Salayevin çıxışları dinlənilib.


Açar sözlər: ,  ,  ,  ,