19 fevral 2021-ci il tarixində Astara rayon Heydər Əliyev Mərkəzi rayonun Suparibağ kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Xocalı Soyqırımı”nın 29-ci ildönümünə həsr olunmuş “Tariximiz bizim üçün dərs olmalıdır” mövzusunda Zoom proqramı vasitəsilə onlayn tədbir keçirilib. Onlayn tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları, Suparibağ kənd tam orta məktəbin direktoru və VIII-IX sinif şagirdləri iştirak edib. Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şagirdlərə Xocalı faciəsi ilə bağlı məlumat verilmiş, şagirdlərin çıxışların dinlənilib.