21.01.2021

Astara Rayon Təhsil Şöbəsində yeni ilin ilk iclası keçirilib.

        Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənovun rəhbərliyi altında Təhsil Şöbəsinin əməkdaşları və məktəb direktorlarının iştirakı ilə yeni ilin ilk iclası keçirilib.

İclasda qiymətləndirmə, fənn olimpiadası və Təhsil Şöbəsinin əməkdaşları tərəfindən teledərslərin izlənilməsi ilə bağlı məsələlərə toxunulub.

İclas zamanı Şəhər 1 saylı, Şəhər 2 saylı, Şəhər 3 saylı, Şəhər 6 saylı, Ərçivan 1 saylı, Kijəbə, Şağlazüzə, Çayoba, Süparibağ, Pensər 2 saylı tam orta məktəblərinin direktorlarının sualları cavablandırılıb.


Açar sözlər: ,  ,  ,