19.01.2021

20 Yanvar  - Ümumxalq Hüzn günü ilə bağlı videkonfrans keçeirilib

Astara rayon Təhsil Şöbəsinin əməkdaşları və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

Videokonfransda ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermis Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Onlayn videokonfransda bildirilib ki, 20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. 31 ildir  Azərbaycan xalqı bu günü, Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. 20 Yanvar rayonun ümumtəhsil müəssisələrində də qeyd olunub, şagirdlərin çəkldikləri rəsm əsərləri nümayiş olunub.