20.11.2020

 Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənovun iştirakı ilə Şura iclası 

20 noyabr 2020-ci il tarixdə Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənovun iştirakı ilə Microsoft Teams proqramı vasitəsilə Şura iclası keçirilib.

Şurada ilk öncə Rəşad Həsənov Ağdam rayonunun işğaldan azad olunması münasibətilə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Şanlı Ordumuza minnətdarlığını bildirib və ürəkdən təbrik edib. Bildirib ki, ordumuz xalqımıza heç vaxt unudulmayacaq tarixi anlar və böyük qürur hissi yaşadıb, artıq biz qalib xalqıq. Yaşasın şanlı Azərbaycan Ordusu!

Daha sonra şurada Təhsil Nazirliyinin 16 noyabr 2020-ci il tarixli F-512 nömrəli əmrinə əsasən Fəaliyyət Planının təsdiqi barədə, məsafədən tədris prosesinin təşkili və mövcud vəziyyəti əks etdirməsinə köməklik göstərəcək hesabat xarakterli məlumatların qeyd olunan email ünvanına gündəlik göndərilməsini təmin etmələrini və cari məsələləri məktəb rəhbərlərinin nəzərinə çatdırılıb.


Açar sözlər: ,  ,  ,