27.08.2020

         “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsinin fəal iştirakçısı

            Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə 2019-2020-ci dərs ilində ölkə üzrə ümumtəhsil məktəblərinin 9-cu və 11-ci sinif şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsində fəal iştirak etdiyinə görə layiq görülmüş Astara şəhər Z. Bünyadov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əlizadə Gülnaz İlham qızı Təhsil Nazirliyi tərəfindən tərifnamə  ilə təltif edilmişdir. Bununla bağlı Astara Rayon Təhsil Şöbəsində 27 avqust 2020-ci il tarixdə təqdimat keçirilmiş və təltif Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov  tərəfindən qalibə təqdim olunmuşdur.

         Astara Rayon Təhsil Şöbəsi adından qalibi bir daha təbrik edirik.