Açar söz: məktəb
Nəticə tapılıb: 132
19.01.2019

Astara rayon ümumtəhsil müəssisələrində 20 Yanvar tədbirləri davam edir.

Astara rayonunun ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib. 

Ətraflı
15.01.2019

Qiymətləndirmə ilə bağlı maarifləndirmə tədbirləri davam  edir.

Astara Rayon Təhsil Şöbəsinin hazırladığı qrafikə əsasən rayonun ümumtəhsil müəssisələri zonalara bölünmüş və Təhsil Şöbəsinin əməkdaşları həmin zonalarda maarifləndirmə tədbirlərini davam etdirib. 

Ətraflı
11.01.2019

Qiymətləndirmə ilə bağlı yeni qaydalara start verilib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının 28.12.2018- ci il tarixli 8/1 nömrəli qərarına əsasən “Ümumi təhsil Pilləsində təhsil alanların attestasiyasının (Yekun qiymətləndirmə (attestasiya)istisna olmaqla) aparılması qaydasının” müzakirəsi ilə əlaqadar Astara Rayon Təhsil Şöbəsində iclas keççirilib.

Ətraflı
09.01.2019

Astara rayon ümumtəhsil müəssisələrində  “Vətənpərvərlik” mövzusunda tədbirlər davam etdirilir.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman prioritet olub. Bu sahədə qəbul edilən dövlət  proqramları, imzalanan fərman və sərəncamlar  gənclərin milli vətənpərvərlik ruhunda  tərbiyə olunmasında mühüm rol oynayıb.

Ətraflı
28.12.2018

Dekabrın 28-də Astara  Rayon Təhsil Şöbəsinin növbəti şura iclası keçirilib.

Şura iclasında rayonun Şahağacı kənd 1 və 2 saylı, Şəhər 2,3 və 5 saylı kənd tam orta məktəblərində aparılmış monitorinqin nəticələri, Pensər kənd 2,Kijəbə qəsəbə,şəhər 1 saylı tam orta təmayül məktəblərində bir sıra fənlərin tədrisi vəziyyəti müzakirə olunub.

Ətraflı
10.12.2018

Astarada “Cumhuriyyət ili”nə həsr olunmuş hərbi-idman və əyləncəli oyunlar keçirilib

10 dekabr 2018-ci il tarixdə Astara Olimpiya İdman Kompleksində Astara Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq “Cumhuriyyət ili”nə həsr olunmuş rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə vətənpərvərlik hissinin aşılanması, şagirdlərin bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmalarına şərait yaradılması, onların fiziki hazırlıq səviyyəsinin artırılması, rayonun ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi və sağlam həyat tərzinin təbliği məqsədi ilə “Şahin” hərbi-idman oyunları, “Şən startlar”, “Kəndir dartmaq” əyləncəli idman oyunları və Həndbol idman oyunu keçirilib.
Tədbirin açılış mərasimində Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev geniş nitq söyləyiblər.

Ətraflı
03.11.2018

Şəhidin anım günü keçirilib

03 noyabr 2018-ci il tarixdə rayonun Toradi kəndində yaşamış, 2008-ci il 03 noyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş Əliyev Çinar Mühəddin oğlunun anım günü tədbiri keçirilib.

Ətraflı
31.10.2018

Rayon məktəblərində “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbirlər davam edir.

Rayon  ümumtəhsil məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbir Y.Ağayev adına Artupa kənd tam orta məktəbdə keçirilmişdir.

Ətraflı
26.10.2018

M. Ə. Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbində  "Uşaq hüquqları aylığı" ilə əlaqədar tədbir keçirilib.

Respublikamızda elan olunmuş "Uşaq hüquqları aylığı" ilə əlaqədar oktyabr ayı ərzində M. Ə. Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbində maarifləndirmə tədbirləri, dəyirmi masalar, seminarlar və sinif saatları keçirilir.

Ətraflı
23.10.2018

Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin icrası davam edir

23 oktyabr 2018-ci il tarixdə rayonun Artupa kənd tam orta məktəbində “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin tətbiqi barədə” Azərbaycan Respublikası Təhsil Nazirinin 27 noyabr 2017-ci il tarixli, 423 №-li əmrinin icrası ilə bağlı konfrans keçirilib.

Ətraflı
18.10.2018

Məktəb kitabxanaçıların seminarı

18 oktyabr 2018-ci il tarixdə rayonun ümumtəhsil məktəblərində çalışan məktəb kitabxanaçıları ilə görüş keçirilib.

Ətraflı
17.10.2018

Məktəbdə tədrisin mövcud vəziyyəti yoxlanılıb

Astara RTŞ-nin məsul işçiləri rayonun S.Yusifov adına Qəcimardə kənd ümumi orta məktəbində tədrisin vəziyyətini yoxlayıb.

Ətraflı
17.10.2018

Gənc müəllimin keçirdiyi nümuməvi dərs bəyənilib

16 oktyabr 2018-ci il tarixdə Astara şəhər C. Babayev adına 3 saylı tam orta məktəbin VIIIa sinfində kimya fənnindən gənc müəllim Rufanə Cəfərovanın nümunəvi dərsi dinlənilib.

Ətraflı
12.10.2018

Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd olunub

12 oktyabr 2018-ci il tarixdə Astara rayon Y.Ağayev adına Artupa kənd tam orta məktəbdə Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd olunub.

Ətraflı
12.10.2018

“Vətənin müdafiəsinə hazıram” Politlon çoxnövçülüyü

08 oktyabr 2018-ci il tarixdə şəhər 3 nömrəli tam orta məktəbin idman meydançasında rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında “Poliatlon” çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

Ətraflı