Açar söz: məktəb
Nəticə tapılıb: 233
28.12.2018

Dekabrın 28-də Astara  Rayon Təhsil Şöbəsinin növbəti şura iclası keçirilib.

Şura iclasında rayonun Şahağacı kənd 1 və 2 saylı, Şəhər 2,3 və 5 saylı kənd tam orta məktəblərində aparılmış monitorinqin nəticələri, Pensər kənd 2,Kijəbə qəsəbə,şəhər 1 saylı tam orta təmayül məktəblərində bir sıra fənlərin tədrisi vəziyyəti müzakirə olunub.

Ətraflı
10.12.2018

Astarada “Cumhuriyyət ili”nə həsr olunmuş hərbi-idman və əyləncəli oyunlar keçirilib

10 dekabr 2018-ci il tarixdə Astara Olimpiya İdman Kompleksində Astara Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq “Cumhuriyyət ili”nə həsr olunmuş rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə vətənpərvərlik hissinin aşılanması, şagirdlərin bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmalarına şərait yaradılması, onların fiziki hazırlıq səviyyəsinin artırılması, rayonun ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi və sağlam həyat tərzinin təbliği məqsədi ilə “Şahin” hərbi-idman oyunları, “Şən startlar”, “Kəndir dartmaq” əyləncəli idman oyunları və Həndbol idman oyunu keçirilib.
Tədbirin açılış mərasimində Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev geniş nitq söyləyiblər.

Ətraflı
03.11.2018

Şəhidin anım günü keçirilib

03 noyabr 2018-ci il tarixdə rayonun Toradi kəndində yaşamış, 2008-ci il 03 noyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş Əliyev Çinar Mühəddin oğlunun anım günü tədbiri keçirilib.

Ətraflı
31.10.2018

Rayon məktəblərində “Uşaq hüquqları aylığı” ilə əlaqədar tədbirlər davam edir.

Rayon  ümumtəhsil məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbir Y.Ağayev adına Artupa kənd tam orta məktəbdə keçirilmişdir.

Ətraflı
26.10.2018

M. Ə. Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbində  "Uşaq hüquqları aylığı" ilə əlaqədar tədbir keçirilib.

Respublikamızda elan olunmuş "Uşaq hüquqları aylığı" ilə əlaqədar oktyabr ayı ərzində M. Ə. Sabir adına Astara şəhər 1 saylı tam orta məktəbində maarifləndirmə tədbirləri, dəyirmi masalar, seminarlar və sinif saatları keçirilir.

Ətraflı
23.10.2018

Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin icrası davam edir

23 oktyabr 2018-ci il tarixdə rayonun Artupa kənd tam orta məktəbində “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı haqqında pilot layihənin tətbiqi barədə” Azərbaycan Respublikası Təhsil Nazirinin 27 noyabr 2017-ci il tarixli, 423 №-li əmrinin icrası ilə bağlı konfrans keçirilib.

Ətraflı
18.10.2018

Məktəb kitabxanaçıların seminarı

18 oktyabr 2018-ci il tarixdə rayonun ümumtəhsil məktəblərində çalışan məktəb kitabxanaçıları ilə görüş keçirilib.

Ətraflı
17.10.2018

Məktəbdə tədrisin mövcud vəziyyəti yoxlanılıb

Astara RTŞ-nin məsul işçiləri rayonun S.Yusifov adına Qəcimardə kənd ümumi orta məktəbində tədrisin vəziyyətini yoxlayıb.

Ətraflı
17.10.2018

Gənc müəllimin keçirdiyi nümuməvi dərs bəyənilib

16 oktyabr 2018-ci il tarixdə Astara şəhər C. Babayev adına 3 saylı tam orta məktəbin VIIIa sinfində kimya fənnindən gənc müəllim Rufanə Cəfərovanın nümunəvi dərsi dinlənilib.

Ətraflı
12.10.2018

Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd olunub

12 oktyabr 2018-ci il tarixdə Astara rayon Y.Ağayev adına Artupa kənd tam orta məktəbdə Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd olunub.

Ətraflı
12.10.2018

“Vətənin müdafiəsinə hazıram” Politlon çoxnövçülüyü

08 oktyabr 2018-ci il tarixdə şəhər 3 nömrəli tam orta məktəbin idman meydançasında rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında “Poliatlon” çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

Ətraflı
05.10.2018

“Beynəlxalq Müəllimlər günü” qeyd edilib

05 oktyabr 2018-ci il tarixdə şəhər 2 nömrəli tam orta məktəbində “Beynəlxalq Müəllimlər günü” münasibətilə ümumrayon tədbiri keçirilib

Ətraflı
20.07.2018

Fərqlənmə attestatları şagirdlərə təqdim edilib

20 iyul 2018-ci il tarixdə M.Ə.Sabir adına Astara şəhər 1 nömrəli tam orta məktəbində fərqlənmə attestatları şagirdlərə təqdim edilib

Ətraflı
13.07.2018

Təhsil naziri Balakən şəhərində vətəndaşları qəbul edib

İyulun 13-də təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının qərargahında Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edib.

Ətraflı