Rayon daxilində müəllimlərin yerdəyişməsinin həyata keçirilməsi ilə əlaqədar komissiya yaratmaq barədə əmr

Azərbaycan Respublikası Təhsil Nazirinin  28 mart 2016-cı  il tarixli 165 nömrəli  əmri ilə  təsdiq edilmiş   “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində  və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji  kadrların işə qəbulu  və yerdəyişməsi  Qaydaları”nın 3.2-ci  bəndini rəhbər tutaraq

 

                                          Əmr edirəm:

Rayonun təhsil  müəssisələrində müddətsiz  müqavilə  ilə işləyən müəllimlərin iş yerinin rayon daxilində  dəyişdirilməsini həyata  keçirmək  üçün aşağıdakı  tərkibdə  komissiya yaradılsın:

  

                                 Komissiyanın sədri:

Qızbəs Məmmədova – Rayon Təhsil Şöbəsinin müdiri.

 

                                   Komissiyanın üzvləri:

1.Faiq Həsənov –Rayon Təhsil Şöbəsinin  müdir müavini.

2.Adil Rzayev – Rayon Təhsil Şöbəsinin  metodkabinetinin  direktoru.

3. Səfərəli Məmmədov - Rayon Təhsil Şöbəsinin  məsləhətçisi.

4. Fizuli Nəzərov - Rayon Təhsil Şöbəsinin  məsləhətçisi.

 

                                            

Qızbəs Məmmədova

Astara Rayon Təhsil Şöbəsinin müdiri

                                                                                                                      27 aprel 2016-cı il

№ 104