“Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları” təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

ƏMR EDİRƏM:

 

1.“Ümumtəhsil məktəblərinin I sinfinə uşaqların vaxtından əvvəl qəbulu Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2.Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələrinin direktorları bu “Qaydalar”dan irəli gələn tələblərə ciddi əməl olunmasını təmin etsinlər.

3.İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.

4.Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

 

 

Misir Mərdanov,
Azərbaycan Respublikasının təhsil naziri
16 iyun 2010-cu il
№ 796