Qızbəs Məmməd qızı Məmmədova

05 may 1964-cü ildə Bərdə rayonunda anadan olumuşdur. 1981-ci ildə Bərdə rayonunda orta məktəbi bitirmişdir. Həmin ildə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinə daxil olmuş və 1985-ci ildə oranı fizika müəllimi ixtisası üzrə bitirmişdir. 1985-1986-cı illərdə Bərdə rayonunun Saatlı kənd tam orta məktəbində müəllim işləmişdir. 1986-1995-ci illərdə isə Astara Rayonu Şiyəkəran kənd 2 saylı orta məktəbində ixtisası üzrə fizika  müəllimi işləmişdir. 1995-2001-ci  illərdə Astara rayonunun Şiyəkəran kənd 2 nömrəli  orta məktəbində   təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Yanvar 2001-ci ildən, may 2001-ci ilədək Astara Rayon İcra  Hakimiyyəti Başçısının Şiyəkəran  kəndi üzrə  İcra Nümayəndəsinin müavini, may  2001-ci ildən  aprel 2004-cü ilədək Şiyəkəran kənd 2 nömrəli  orta məktəbinin direktoru vəzifəsində çalışmışdır. May 2004-cü ildən Astara Rayon   Təhsil Şöbəsinin müdiri  vəzifəsinə təyin olunmuşdur. I dərəcəli Dövlət Qulluqçusu, Dövlət Qulluğunun Kiçik  Müşaviridir.   Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2010-cu ildə “Tərəqqi “ medalı ilə təltif olunmuşdur.

Ailəlidir 2 övladı var.