Həsənov Rəşad Vasif oğlu

Müdir

Həsənov Rəşad Vasif oğlu  - 1982-ci ildə Astara rayonu Şahağac kəndində anadan olub. 2004-ci ildə Lənkəran Dövlət Universitetini Biologiya müəllimi ixtisası üzrə bitirib.2004-2005-ci illərdə hərbi xidmətdə olub.

2005-2006-cı illərdə Astara rayonu D.Əsədov adına Şahağac kənd 2 saylı tam orta məktəbdə müəllim, 2006-2016-cı illərdə Astara rayonu D.Əsədov adına Şahağac kənd 2 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 2016-2018-ci-illərdə Astara Rayon İcra Hakimiyyəti Başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Təhsil Nazirinin 29 iyun 2018-ci il tarixli 01-09-148 /17 nömrəli razılıq məktubu və Astara Rayon İcra Hakimiyyəti Başçısının 04 iyul 2018-ci il 16 nömrəli əmri ilə Astara Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.  

YAP Astara Rayon Təşkilatı Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. 

Ailəlidir, 4 övladı var.