26.12.2018

Pedaqoji əməkdaşlıq davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi" barədə 27 noyabr 2017-ci il tarixli 423 nömrəli əmr verilmişdir.

Ətraflı
20.12.2018

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 ili – infoqrafik məlumat

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuş müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülüb.

Ətraflı
19.12.2018

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 ili – infoqrafik məlumat

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərinə uyğun olaraq son illərdə yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib.

Ətraflı
18.12.2018

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 ili – infoqrafik məlumat

Ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən müddət ərzində təhsilin məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə nəzərdə tutulan hədəflərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. Ümumi təhsilin inkişaf dinamikası infoqrafik məlumatda öz əksini tapır.

Ətraflı
17.12.2018

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 ili – infoqrafik məlumat

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən beş il ərzində təhsilin əhatəliliyi, keyfiyyət dəyişikliyi baxımından çoxsaylı tədbirlər həyata keçirilib.

Ətraflı
14.12.2018

Təhsil naziri Xırdalan şəhərində vətəndaşları qəbul edib

Təhsil naziri Ceyhun Bayramov dekabrın 14-də Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron, Qubadlı, Kəlbəcər, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edib.

Ətraflı
10.12.2018

Astarada “Cumhuriyyət ili”nə həsr olunmuş hərbi-idman və əyləncəli oyunlar keçirilib

10 dekabr 2018-ci il tarixdə Astara Olimpiya İdman Kompleksində Astara Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq “Cumhuriyyət ili”nə həsr olunmuş rayonun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə vətənpərvərlik hissinin aşılanması, şagirdlərin bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmalarına şərait yaradılması, onların fiziki hazırlıq səviyyəsinin artırılması, rayonun ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi və sağlam həyat tərzinin təbliği məqsədi ilə “Şahin” hərbi-idman oyunları, “Şən startlar”, “Kəndir dartmaq” əyləncəli idman oyunları və Həndbol idman oyunu keçirilib.
Tədbirin açılış mərasimində Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev geniş nitq söyləyiblər.

Ətraflı
05.12.2018

Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılıb

Dekabrın 5-dən dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.

Ətraflı
05.12.2018

Təhsil naziri Xırdalan şəhərində vətəndaşları qəbul edəcək

Abşeron, Qubadlı, Kəlbəcər, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərinin nəzərinə!

Ətraflı
28.11.2018

Azərbaycan müəllimlərinin XV qurultayı başlayıb

Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir.

Ətraflı
27.11.2018

Sabah Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək

Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək.

Ətraflı
23.11.2018

Direktorların işə qəbulu üzrə imtahanlarda 757 namizəd iştirak edib

2018-2019-cu tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi davam edir.

Ətraflı
23.11.2018

Astara rayonunda 05-21 noyabr 2018-ci il tarixlərdə “Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsi keçirilmişdir.

23 noyabr 2018-ci il tarixdə Astara şəhər 1 saylı tam orta məktəbin akt zalında idmanın Atletika, Voleybol, Basketbol və Şahmat növlərində qalib gəlmiş komandalara Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları  Federasiyası tərəfindən təsdiq edilmiş Diplomlar və eləcə də Astara rayon Təhsil  Şöbəsinin diplomları təqdim edildi.

Ətraflı
22.11.2018

Direktor vəzifəsinə işə qəbul üzrə imtahanlar davam edir

Noyabrın 22-də dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsinə başlanılıb. Bu mərhələdə 1600-dən artıq namizəd iştirak edir.

Ətraflı
19.11.2018

“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə” əmr imzalayıb.

Ətraflı