06.03.2020

Ümumi təhsil müəssisələrində dezinfeksiya işləri aparılıb

Rayon üzrə bütün ümümtəhsil müəssisələri 26 fevraldan 02 mart 2020-ci il tarixinədək GEM tərəfindən dezinfeksiya olunub. Ondan əlavə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilən dezinfeksiya məhlulları ümumtəhsil müəssisələrinə paylanılmış və məktəblər bir neçə dəfə dezinfeksiya olunub. 03-09 mart tarixlərində ümumtəhsil müəssisələri dezinfeksiya olunmaq məqsədi ilə təlim-tərbiyə və tədris prosesi dayandırılıb.Həmin müddət ərzində rayonun ümumtəhsil və məktəbdənkənar müəssisələri Təhsil Nazirlliyi tərəfindən verilən dezinfeksiya məhlulu ilə mütəmadi olaraq dezinfeksiya olunur və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.Bundan əlavə olaraq rayonun sərhəd boyu yerləşən ümümtəhsil məktəbləri 06 mart 2020-ci il tarixində GEM tərəfindən  ikinci dəfə dezinfeksiya olunmuşdur.

Təhsil Nazirliyinin 24 fevral 2020-ci il tarixli təlimatlı məktubunun tələblərinə əsasən, məktəb kollektivləri, şagirdlər və valideynlər arasında kütləvi maarifləndirmə işləri aparılıb, tədbirlər və ekskursiyalar məhdudlaşdırılıb.


Açar sözlər: ,  ,