27.02.2020

Pedaqoji əməkdaşlıq davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması barədə” 05 yanvar 2018-ci il tarixli 21 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə Artupa kənd tam orta məktəbin pedaqoji heyəti T.Bayraməlibəyov adına Lənkəran şəhər 2 saylı tam orta məktəbində və  Lənkəran rayon Səpnəkəran kənd tam orta məktəbin pedaqoji heyəti Astara şəhər 6 saylı tam orta məktəbində olub, pedaqoji heyəti ilə görüşüb,fikir mübadiləsi aparıb və məktəb sənədləri ilə tanış olublar. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Ağayevanın “İsmin halları” mövzusunda və tarix müəllimi İsmayılova Minurənin “ Hacı Zeynalabdin Tağıyev” mövzusunda keçirdikləri nümunəvi dərslər dinlənilib.


Açar sözlər: ,  ,  ,