26.02.2020

Fiziki Tərbiyə müəllimlərinə təlimlər keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Astara rayon ümümtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün TOPs proqramı çərçivəsində təlimlər keçirilib. Astara rayonunda təlimlər 24 fevral 2020-ci il tarixindən başlanılıb və 29 fevral 2020-ci il tarixədək davam edəcək. Təlimlərin keçirilməsində məqsəd fiziki tərbiyə müəllimlərinin praktik peşə bacarıqlarını artırmaq və nəzəri biliklərini zənginləşdirməkdir.


Açar sözlər: ,  ,  ,