26.02.2020

Birinci sinif rus bölməsinə uşaqların müsahibə qaydasında qəbulu

Azərbaycan Respublikası Təhsil Nazirinin 20.02.2020-ci il tarixli F-117 nömrəli əmrinin 3-cü bəndinə əsasən 24-25 fevral 2020-ci il tarixlərində Astara şəhər 2 saylı tam orta məktəbində  rus bölməsi üzrə birinci sinifə uşaqların müsahibə qaydasında qəbulu aparılıb. Rayon Təhsil Şöbəsi tərəfindən yaradılmış komissiya  uşaqların dinləmə, ünsiyyət qurma, sözləri tələffüz etmə bacarığı yoxlanılıb və 2014-cü il təvəllüdlü uşaqlar komissiyanın rəyi əsasında müsahibədən keçirilib.