20.02.2020

“Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib

20.02.2020-ci ildə Astara rayon Şahağac kənd Mədəniyyət evində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə Astara rayon İcra Hakimiyyəti Başçısının müavini, rayon Polis Şöbəsinin rəisi, rayon Gİİ-nin sədri,rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, rayon Təhsil Şöbəsinin əməkdaşı və rayon Veteranlar şurasının sədri, valideyinlər, məktəb kollektivi və şagirdlər iştirak edib. Tədbir iştirakçılarına narkomaniya və onun törətdiyi ağır fəsadlar, erkən nigah və dini  radikalizm haqqında geniş məlumat verilib. Sonda tədbir iştirakçılarına Astara RPŞ tərəfindən qeyd olunan mövzulara aid video-rolik nümayiş olunub.


Açar sözlər: ,  ,  ,  ,