18.02.2020

Məktəbdə dərsdənkənar tədbir keçirilib

18 fevral 2020-ci il tarixində Z. Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbin kitabxanasında “Ən yaxşı rəy müəyyən etmək” mövzusunda dəyirmi masa təşkil olunub. Dəyirmi masanı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əfsun Ələskərli təşkil edib. 10-cu texniki təmayül sinif şagirdlərinin iştirakı ilə Con Steynbekin “Siçanlar və adamlar” romanı müzakirə edilib. Müzakirə zamanı Fəridə Kərimova və Sahidə Mirzəyeva aktivlik göstərərək “Ən yaxşı rəy söyləyən” seçilib.


Açar sözlər: ,  ,  ,