13.02.2020

“Uğurlu karyera könüllülükdən başlayır ”  layihəsinə start verilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə 07 Fevral 2020-ci il tarixdə Astara Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsi çərçivəsində “Uğurlu karyera könüllülükdən başlayır” layihəsinin təlim kursu keçirilib.Təlimdə Astara şəhər 1 saylı tam orta məktəbindən gənc müəllimlər və   X a təmayul sinif şagirdləri iştirak edib. Layihənin həyata keçiriməsində əsas məqsəd könüllülük fəaliyyətini gənclər arasında təbliğ etmək, layihədə iştirak edəcək gənclərin özlərinin vasitəsilə könüllülüyün daha geniş miqyasda təbliğatını aparmaq, gəncləri cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməkdir.


Açar sözlər: ,  ,  ,