04.02.2020

Vəzifəyə təyinat almış direktorlar məktəblərdə kollektivə təqdim olunub

04 fevral 2020 – ci il tarixində rayonun ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə təyinat almış direktorlar məktəblərdə pedaqoji kollektivə təqdim olunub. Azərbaycan Respublikası  Təhsil Naziri cənab Ceyhun Bayramovun 31.01.2020-ci il tarixli, K-159 nömrəli əmrinə əsasən Astara şəhər 6 saylı tam orta məktəbinə Bayramova Ülviyyə Aydın qızı, Artupa kənd tam orta məktəbinə Muradova Aynur Ağadadaş qızı  və Vaqo kənd tam orta məktəbinə Hüseynova Qumru Qəhrəman qızı   direktor vəzifəsinə təyin olunublar.Astara Təhsil Şöbəsi yeni təyin olunmuş direktorlara uğurlar arzulayır


Açar sözlər: ,  ,  ,