29.01.2020

Hərbi məktəblərə kursant qəbulu ilə bağlı təlim keçirilib

29 yanvar 2020-ci il tarixində Astara şəhər 1 saylı tam orta məktəbində Azərbaycan Respublikasının ali hərbi məktəblərinə və liseylərinə kursant qəbulu ilə bağlı təlim keçirilib. Tədbirdə Astara və Yardımlı rayon Təhsil Şöbələrinin əməkdaşları, rayon ümumtəhsil məktəblərinin hərbi rəhbərləri və yuxarı sinif şagirdləri iştirak edib. Müdafiə Nazirliyinin əməkdaşı polkovnik-leytenant Zöhrab Hacıyev kursant qəbulu qaydaları barədə iştirakçılara məlumat verib. Tədbir iştirakçılarına Müdafiə Nazirliyinin kursant qəbulu ilə əlaqədar hazırladığı video-rolik nümayiş olunub və iştirakçılarının sualları cavablandırılıb


Açar sözlər: ,  ,  ,  ,