28.01.2020

Növbəti təhsilyanı şura iclası keçirilib

27 yanvar 2020-ci il tarixində Astara şəhər 1 saylı tam orta  məktəbin akt zalında növbəti təhsilyanı şura iclası keçirilib. İclasda təhsil şöbəsinin əməkdaşları və rayonun ümumtəhsil müəssisələrin direktorları iştirak edib. Şura iclasında yanvar ayında nəzərdə tutulmuş cari məsələlər müzakirə olunub və Təhsil Naziri cənab Ceyhun Bayramovun əmri ilə təyin olunmuş gənc məsləhətçi Rzayev Vüsal İslam oğlu şura iştirakçılarına təqdim olunub.


Açar sözlər: ,  ,  ,