07.01.2020

Eksternat imtahanı  keçirilib

Astara Rayon Təhsil Şöbəsinə ərizə ilə müraciət etmiş tam orta (XI sinif) və  ümumi orta (IX sinif) təhsil səviyyəsi üzrə təhsil haqqında sənəd (attestat)  almaq istəyən eksternlər  üçün 05 yanvar 2020-ci il tarixdə  M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbində eksternat imtahan  keçirilib. Imtahanda 34 nəfər eksternat iştirak edib.

Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam  və ümumi  orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə buraxılış imtahanı verərək həmin səviyyə üzrə müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

 Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam  və ümumi  orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.


Açar sözlər: ,  ,  ,