19.12.2019

Modul tipli məktəbin açılışı olub

19 dekabr 2019-cu il tarixində Astara rayon Qapıçıməhəllə kənd modul tipli ümumi orta məktəbin açılışı olub. Açılışda Astara Rayon İcra Hakimiyyətinin Başçısı Qəzənfər Ağayev, idarə və təşkilatların rəhbərləri, kəndin valideynləri və məktəblilər iştirak edib. Açılışda rayon icra başçısı Qəzənfər Ağayev geniş nitq söyləyib, müəllim və şagirdləri yeni məktəbin açılışı münasibəti ilə təbrik edib.Çıxışlarda cənab Prezidentə, göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq bildirilib.


Açar sözlər: ,  ,  ,  ,