17.12.2019

Müəllimlər arasında bilik yarışı keçirilib

16 dekabr 2019-cu il tarixində Astara şəhər 2 saylı tam orta məktəbin akt zalında Təhsil Könüllüləri İcmasının təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərində çalışan 35-50 yaş müəllimləri arasında intellektual oyun keçirilib.Yarışda 16 məktəbin müəllim komandası iştirak edib. Sonda rayonun Siyakü kənd tam orta məktəbi I yer, Ərçivan qəsəbə 1 saylı tam orta II və şəhər 3 saylı tam orta məktəbi III yerə layiq görülərək rayon təhsil şöbəsinin fəxri fərmanı ilə təltif olunub.


Açar sözlər: ,  ,  ,