16.12.2019

Elnur Rüstəmovun mentorluğu ilə Psixoloqlara təlimlər keçirilib

14 dekabr 2019-cu il tarixində Astara Rayon Təhsil Şöbəsi yanında Təhsil Könüllüləri İcmasının təşkilatçılığı ilə Astara şəhər 2 saylı tam orta məktəbin akt zalında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovun mentorluğu ilə "ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili" mövzusunda seminar keçirilib.Tədbirdə Astara Rayon Təhsil Şöbəsinin müdiri, rayon ümumtəhsil müəssisələrinin direktorları, direktor müavinləri,uşaq birliyi rəhbərləri və psixoloqlar iştirak edib.

 


Açar sözlər: ,  ,  ,