10.12.2019

“Məktəblilərə robototexnika və mühəndislik biliklərinin aşılanması” layihəsinin təqdimatı keçirilib

10 dekabr 2019 – cu il tarixində Astara şəhər 2 saylı tam orta məktəbində  Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində qalib olan rayonu Şahağac kənd D.Əsədov adına 2 saylı tam orta məktəbin müəllimi Məmmədov Nazim Akif oğlunun “Məktəblilərə robototexnika və mühəndislik biliklərinin aşılanması” adlı layihənin təqdimatı keçirilib.

Layihənin məqsədi cənub bölgəsi məktəblərində yuxarı sinif şagirdlərinin Robototexnika və mühəndislik sahəsində biliklərinin və bacarıqlarının artırılması, məktəblilərin elm və texnologiyalara marağını artırmaqdır. Cənublu məktəblilərə keçiriləcək Robototexnika təlim proqramları məktəblilərə ciddi dizayn və proqramlaşdırma əsasları qurmaqla yanaşı bir sıra beynəlxalq robotiks tədbir və yarışlarında iştirak etmək üçün də bacarıqlar aşılayacaqdır.

Bu proqram məktəblilərə öz robotlarını hazırlayıb proqramlaşdırmaq imkanı verməklə STEM (Science, Technology, Engineering and Math – Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) konsepsiyalarını öyrənməyin praktiki və əyləncəli yolunu öyrədəckdir.


Açar sözlər: ,  ,  ,  ,